DÜNYA
“Skype” servisində kod yazmaq olar
Bakı, 28 avqust, AZƏRTAC
“Microsoft” şirkəti “Skype” xidmətinə kod yazmaq imkanını əlavə edib ki, bu da müxtəlif texniki müsahibələr, müzakirələr və ya texniki dəstək üçün faydalı olacaq.
AZƏRTAC xəbər verir ki, kod redaktoru yalnız “Skype” servisinin masaüstü versiyasında əlçatandır və yalnız “Microsoft Edge” və ya “Google Chrome” (32 bitlik versiyadan başlayaraq) brauzerlərində işə salına bilər. Kod redaktoru pəncərənin əsas hissəsini tutacaq və videozəng pəncərəsi sağ yuxarı küncdə görünəcək. Hazırda istifadəçilərə 7 proqramlaşdırma dili (C, C++, C #, Java, JavaScript, Python və Ruby) əlçatandır.
Kod redaktorunu işə salmaq üçün “skype.com/interviews” linkinə keçmək və "Start Interview" düyməsinə sıxmaq lazımdır. Xidmət tərəfindən yaradılan unikal linkdə həmsöhbət çata qoşula biləcək. Artıq çat daxilində istifadəçi sol küncdə yerləşən düymənin köməyilə proqram dilini dəyişdirə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]