MƏDƏNİYYƏT
Somalinin Təhsil və Mədəniyyət naziri: Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir VİDEO
Paris, 14 noyabr, AZƏRTAC
Azərbaycanla münasibətlərimiz bir çox sahələrdə uğurla inkişaf edir. İslam və Şərq mədəniyyətinin daşıyıcısı olan ölkələrimiz UNESKO çərçivəsində də uğurla əməkdaşlıq edirlər.
Bu fikri Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyasına qatılan Somalinin Təhsil və Mədəniyyət naziri Abdullahi Godah Barre AZƏRTAC-a müsahibəsində söyləyib.
Somalili nazir Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə toxunub. Bildirib ki, Bakı Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi edib. Görüşdə aparılan müzakirələr məhsuldar olub.
“Azərbaycan və Somali arasında Qoşulmama Hərəkatı çərçivəsində əlaqələri xüsusi qeyd etmək istərdim. Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı böyük müvəffəqiyyətlə keçirildi. Bu sammit bir başlanğıcdır. Azərbaycanın sədrliyi ilə təşkilatın dünya siyasətində daha əhəmiyyətli rol oynayacağına inanıram”, - deyə Abdullahi Godah Barre söyləyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris