Son beş il ərzində əmək pensiyalarının sığorta hissəsi orta hesabla 70 faiz artırılıb VİDEO
AzerTAg.az

Bakı, 10 fevral, AZƏRTAC
Son beş il ərzində əmək pensiyalarının indeksləşdirilməsi üzrə kifayət qədər ciddi rəqəmlər tətbiq olunur. Belə ki, bu müddət ərzində əmək pensiyalarının sığorta hissəsi orta hesabla 70 faiz həcmində indeksasiya əmsalları hesabına artırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov bu gün pensiyaların indeksləşdirilərək artırılmaslna dair keçirilən mətbuat konfransında deyib.
H.Məmişovun sözlərinə görə, son beş il ərzində pensiya kapitalları 40 faiz həcmində indeksasiya hesabına artırılıb. Hazırda 14,7 faizlik indeksasiya hesabının tətbiq edilməsi əmək pensiyaçılarına dövlət dəstəyinin ifadə olunması ilə yanaşı, sığorta sistemində, əməkhaqqı sistemində aparılmış ciddi islahatların bir göstəricisidir.
Xəbərin mətnində orfoqrafik səhv var