MƏDƏNİYYƏT
Stas Piyexa: Bu əsrarəngiz şəhərdə klip çəkmək fikrindəyəm
Bakı, 28 iyul, AZƏRTAC
Bakı gözəlliyi ilə hər kəsi heyran edir. Bakı gələcəyin şəhəridir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Stas Piyexa deyib.
2005-2006-cı illərdə belə möhtəşəm göydələnlərin olmadığını bildirən Stas Piyexa ötən müddət ərzində Bakının nağıla bənzədiyini vurğulayıb: “Sizin dənizinizə heyranam. Bu əsrarəngiz şəhərdə klip çəkmək fikrindəyəm. Gözəl mənzərələr klipdə inanılmaz təəssürat yaradacaq.
“Jara” festivalının sülhün tərənnümü olduğunu söyləyən Stas Piyexa qeyd edib ki, Bakıya məşhur estrada ulduzları toplaşıb. Belə gözəl musiqi axşamları yerli və xarici qonaqlara, böyük tamaşaçı auditoriyasına xoş anlar, hədsiz sevinc yaşadır. Bakıda, Xəzərin ecazkar sahilində, “Sea Breeze” istirahət mərkəzi kimi gözəl məkanda təşkil olunan “Jara” bu günədək iştirak etdiyim festivallar arasında öz möhtəşəmliyi ilə seçilir. Musiqi sərhəd tanımır. Biz öz ifamızla insanları sülhə səsləyirik.