CƏMİYYƏT
Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının qurultayı başa çatdı
Bakı, 20 sentyabr, AZƏRTAC
Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının (SNİHİBK) VI qurultayı sentyabrın 20-də Bakıda işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, qurultayın gündəliyində SNİHİBK-in VI qurultayının işçi orqanları, 2012-ci ilin sentyabrından 2017-ci ilin sentyabrına qədər olan dövr ərzində görülmüş iş, SNİHİBK İcraiyyə Komitəsinin hesabatı və “SNİHİBK-in 2018-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri”, SNİHİBK-in Təftiş Komissiyasının hesabatı, SNİHİBK Nizamnaməsinə dəyişiklik və əlavələrin edilməsi, habelə SNİHİBK Təftiş Komissiyası haqqında Əsasnaməyə dəyişiklik və əlavələrin edilməsi, Beynəlxalq Konfederasiyanın sədrinin və onun müavininin seçilməsi, SNİHİBK
İcraiyyə Komitəsinin tərkibinin formalaşdırılması, qurumun Təftiş Komissiyasının üzvlərinin seçilməsi haqqında məsələlər dururdu.
Georgi Stolyarov yenidən Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri seçilib.
Qurultay iştirakçıları SNİHİBK-in VI qurultayının müraciət və qətnamələrini, SNİHİBK-ə üzvlük haqlarının məbləğinin və ödənilməsi yollarının müəyyənləşdirilməsi qaydasını da müzakirə ediblər.