CƏMİYYƏT
Süd vəzisi xərçənginə qarşı yeni preparatın testlərinə başlanılıb
Praqa, 23 may, AZƏRTAC
Çexiya Elmlər Akademiyasının Biotexnologiya İnstitutunun tədqiqatçıları süd vəzisi xərçəngi və şişin bəzi növlərini sağalda bilən maddə icad ediblər.
AZƏRTAC Çexiyanın “CTK” informasiya agentliyinə istinadla xəbər verir ki, alimlərin fikrincə, “MitoTam” adlanan maddə mitoxondriləri – “hüceyrə elektrik stansiyalarını” sıradan çıxarır və bununla da xərçəng hüceyrələrinin məhv edilməsinə nail olur. Dərmanlara nəzarət üzrə dövlət institutu kliniki tədqiqatların aparılmasına icazə verib. Yeni dərmanın pasiyentlərə təsirinin öyrənilməsini Praqanın Ümumfakültə Xəstəxanası aparır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]