REGİONLAR


Sumqayıt Dövlət Universiteti “Əlil Sahibkarlar Təşkilatları” ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Sumqayıt, 7 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi ali məktəbin rektoru, professor Elxan Hüseynov və “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev imzalayıblar.

Universitetdən AZƏRTAC–a bildirilib ki, müqaviləyə əsasən, tərəflər arasında birgə tədbirlərin keçirilməsi, əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və maarifləndirilməsi üçün universitetlə əməkdaşlıq, sahibkarlıq və sosial işin təşkili və idarə edilməsi kimi yeni ixtisas proqramlarının birlikdə hazırlanması daxildir.

Rektor universitet və İctimai Birlik arasında əlaqələrin, səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirərək, gələcəkdə keçiriləcək tədbirlərin önəmindən danışıb, ölkədə təhsilin inkişafı üzrə dövlət strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı həyata keçirilən islahatlardan, bu sahədə aparılan ardıcıl işlərdən bəhs edib.

“Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev Sumqayıtda yeganə ali məktəbin fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın əhəmiyyətindən və perspektivindən söz açıb.

Görüşdə layihə haqqında maraqlı təkliflər irəli sürülüb, əməkdaşlığın uğurla davam etdiriləcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.