REGİONLAR


Sumqayıtda şəhid ailəsi ziyarət olunub

Sumqayıt, 4 fevral, AZƏRTAC

Sumqayıt şəhərində şəhid ailələrinin üzvləri və qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğıları diqqətdə saxlanılır. Bu məqsədlə icra hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən bildiriblər. Mərkəzin rəhbəri Gündüz Əliyev və üzvləri şəhid Niyaməddin Ələkbərovun ailəsini ziyarət ediblər. Onlar şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıblar.

Şəhid ailəsinin üzvləri ölkəmizdə şəhid ailələri və qazilərə dövlət səviyyəsində diqqətə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində, oktyabrın 2-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olan Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.