REGİONLAR


Sumqayıtda usta iş yerində yıxılaraq ölüb

Sumqayıt, 7 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərindəki şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən AZƏRTAC–a verilən məlumata görə, hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Green House" şadlıq sarayında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü şəhər sakini Ağacanov Emil Elçin oğlu "Sədərək" ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, sarayda quraşdırmaq istəyib. Lakin hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.