REGİONLAR
Sumqayıtda üzgüçülük üzrə açıq şəhər birinciliyinə yekun vurulub
Sumqayıt, 13 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Paralimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə şəhər açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında keçirilən şəhər birinciliyində Bakı, Xırdalan və Sumqayıt şəhərləri olmaqla, ümumilikdə 70-ə yaxın idmançı iştirak edib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Mehdi Nəcəfzadə, Mehdi Babazadə, Zeynəb Quluzadə, Nuray Həsənli, Əli Səfərəlizadə, Elşən Salmanlı, Fatimə Aduləzizova, Elşən Salmanlı, Mahmud Şıxızadə, İlahə Rəciyeva, Leyla Abduləzizova, Murad Nəcəfquluzadə, Nihad Yusibov, Aydan Dəmirova və Süleyman Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunub.