REGİONLAR


Samuxda əsas magistral və avtomobil yollarının kənarında 11 min ədəd yaşıllıq əkilib

Samux, 26 aprel, Rauf Hacıyev, AZƏRTAC

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Samux rayonunda ağacəkmə kampaniyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Prezident Administrasiyasının məsul işçisi, Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, təşkilat və müəssisələrin işçiləri, gənclər, məktəblilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Kampaniya çərçivəsində rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacları, həmçinin 8000 ədəd dekorativ gül kolu əkilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.