REGİONLAR


Şuşa məhəllələri: Çuxur məhəllə FOTO VİDEO

Şuşa, 10 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Çuxur məhəllədir. Çuxur məhəllə şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Hacı Quluların mülkü, Xalq artisti Bülbülün ev-muzeyi bu məhəllədə yerləşir.

Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.