REGİONLAR
Şuşa teatrının aktyorları Masallıda “Əsgər papağı” tamaşasını oynayıblar
Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları “Xocalı həftəsi” çərçivəsində Masallı Rayon Mədəniyyət Mərkəzində Enurə Abdullayevanın müəllifi olduğu “Əsgər papağı” tamaşasını oynayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra əsərin müəllifi E.Abdullayeva tamaşa haqqında məlumat verib.
Sərdar Gözəlovun quruluş verdiyi tamaşada Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən, xüsusilə erməni vandallarının Xocalı şəhərində Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.
Tamaşada videosüjetlərdən də istifadə olunub. Bu, tamaşanın təsir gücünü daha da artırır.