TƏLİM-MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qızıl Aypara Cəmiyyəti Sumqayıt regional mərkəzinin işçiləri və mobil könüllü dəstələrinin (MKD) üzvləri Nabran çimərliyində fövqəladə hallara hazırlıq, telekommunikasiya və ilk yardım üzrə birgə təlim-məşğələ keçirmişlər. Tədbirdə çadırların qurulub-sökülməsi, telekommunikasiya üzrə nəzəri və praktiki məşğələlər aparılmış, ilk yardım vərdişləri, suda boğulma halları baş verəndə ilk yardımın göstərilməsi nümayiş olunmuşdur.
Sumqayıt regional mərkəzinin MKD üzvləri suda boğulma hallarının azalması üzrə xəbərdarlıq kampaniyası keçirmiş və çimərlikdə istirahət edənlərə cəmiyyətin müxtəlif proqramları barədə kitabçalar paylamışlar.