Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

TANAP-la Türkiyəyə 8,4 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

TANAP-la Türkiyəyə 8,4 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib

İstanbul, 14 yanvar, AZƏRTAC

TANAP vasitǝsilǝ Türkiyəyə nəql olunan təbii qaz hǝcmləri 8,4 milyard kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri TANAP şirkətinin Baş direktoru Saltuk Düzyol yanvarın 14-də keçirdiyi “TANAP layihəsinin mövcud vəziyyəti və istismar dövrü” mövzusunda onlayn mətbuat konfransında deyib.

O, iki qardaş ölkə, Türkiyə vǝ Azərbaycanın enerji sektorunda bu günə qədər davam edən uğurlu ǝmǝkdaşlığının mühüm ǝlamǝtlǝrindǝn biri olan TANAP-ın Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP-la birgǝ Cǝnub Qaz Dəhlizinin ən vacib halqasını təşkil etdiyi bildirib. Qeyd edib ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağından hasil etdiyi tǝbii qazın Türkiyə ilə yanaşı, Avropaya daşınmasını hədəfləyir: “Azərbaycan təbii qazını Türkiyə və Avropadakı alıcılara etibarlı və sərfəli bir şəkildə daşınması mǝqsǝdilǝ yüksək ötürücülük qabiliyyǝtinǝ malik olan tǝbii qaz boru kǝmǝrinin beynǝlxalq keyfiyyət, peşǝ tǝhlükǝsizliyi vǝ ǝmǝyin mühafizǝsi, sosial və ətraf mühit standartlarına uyğun olaraq tikmǝk vǝ istismar etmǝk missiyası ilǝ fəaliyyətlǝrini davam etdirǝn TANAP ölkəmizin və Avropa İttifaqının (Aİ) təbii qaz təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə töhfə verməyi hədəfləyir. TANAP Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyini artıraraq regionda sülh və sabitliyə dǝ töhfǝ verǝcǝk. Layihə Azərbaycan, Türkiyə və Aİ-ni bir-birinə daha da yaxınlaşdırır və təqdim etdiyi potensial ilǝ qlobal enerji geosiyasətini yenidən formalaşdırır. Bu xüsusiyyəti ilə TANAP gələcəkdə planlaşdırılması nəzərdə tutulan enerji layihələri üçün dǝ ilham mənbəyidir. TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü vǝ Avropa İttifaqının yeni qaz tədarükçüsünǝ çevirir. TANAP-ın 16 milyard kubmetr olan mövcud ötürücülük qabiliyyǝti əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırıla biləcək şəkildə layihǝlǝndirilib. Sonrakı illǝrdǝ Azərbaycanın digər qaz yataqlarından əldə edilə biləcək əlavə hasilatla Azərbaycan xüsusilə Cənubi-Şərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz tədarükçüsü olmağa namizəddir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur”.

TANAP-ın marşrutu və texniki xüsusiyyətləri barədə məlumat verən S.Düzyol bildirib ki, giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posof), Avropaya çıxış nöqtǝsi Türkiyə-Yunanıstan sərhədi (Ədirnǝ-İpsala) boru kəməri olan TANAP Türkiyədǝn 20 şǝhǝrin sǝrhǝdindǝn keçməklə 67 rayon vǝ 600 kənddən keçən marşrutun Yunanıstan sərhədində, Avropa ölkələrinə tǝbii qazı ötürən TAP kəmərinə qoşulur. Layihə çǝrçivǝsindǝ Türkiyə sərhədləri daxilindǝ biri Əskişǝhǝrdə, digəri Trakyada olmaqla milli təbii qaz ötürmə şəbəkəsinə qoşulmaq üçün iki çıxış nöqtəsi var. TANAP sistemi 2x17,5 kilometri Mǝrmǝrǝ dənizi keçidi olmaqla cəmi 1850 kilometr uzunluğundakı boru kəməri, bir sıra yerüstü qurğulardan ibarətdir. Bunlar iki ǝdǝd kompressor stansiyası (daşıma qabiliyyəti 31 milyard kubmetrə yüksəldikdə kompressor stansiyalarının sayı 7-yə çatacaq), 4 ǝdǝd ölçmə stansiyası, 13 ǝdǝd tǝrtibatın buraxılma kamerası, 49 bağlayıcı armatur stansiyası (39-u “Faza-0”, 10-nu “Faza-1” çǝrçivǝsindǝ), 2-si Türkiyədəki milli təbii qaz şəbəkəsini vǝ biri TAP kəməri bağlantısı vasitəsilə Avropadakı beynəlxalq təbii qaz şəbəkəsinǝ qoşulmaq üzrǝ 3 təbii qaz çıxış stansiyasıdır. Boru kəmərinin “Faza-0” adlanan vǝ Ardahandan Əskişǝhǝrə qədər olan 1340 kilometrlik hissəsi 56 düym, “Faza-1” adlanan Əskişǝhǝrdən İpsala-Yunanıstan sərhədinə qǝdǝr olan 457 kilometrlik hissəsi 48 düym olaraq layihǝlǝndirilib. Layihə çərçivəsində reallaşdırılan 17,5 kilometr Çanaqqala boğaz keçidi isǝ 36 düym diametrli qoşa boru kəməri ilə həyata keçirilib. İlkin olaraq 16 milyard kubmetr olacaq ötürmǝ qabiliyyətinin sonrakı illərdə 24 milyard kubmetrə vǝ ardından 31 milyard kubmetrə çatdırılması planlaşdırılır.

S.Düzyol qeyd edib ki, kommersiya fǝaliyyǝtinǝ başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin dekabr ayının sonuna qǝdǝr TANAP vasitǝsilǝ Türkiyəyə çatdırılan təbii qazın ümumi hǝcmi 8,4 milyard kubmetrə çatıb. Hazırkı 3-cü nəqletmə ilindǝn başlayaraq istismar dövrünün sonuna qǝdǝr Türkiyəyə hər il 6 milyard kubmetr tǝbii qazın çatdırılması nǝzǝrdǝ tutulub. 2020-ci il dekabrın 31-də Avropaya qaz nəqlinin başladığı layihə üzrə ilk gün üçün TAP vasitǝsilǝ Avropaya 10,9 milyon kubmetr qaz ötürülüb.

Bildirib ki, TANAP proqram vǝ portfel idarəetməsində dünyanın ən nüfuzlu peşəkar birliklərindən biri olan ABŞ-dakı Layihə İdarəetmə İnstitutu (PMI) tərəfindən “İlin layihəsi” kateqoriyasında birinci olub, mükafata layiq görülüb. İctimai təsirləri yüksǝk mǝzmunları ilǝ geniş tǝbǝqǝlǝrǝ nüfuz edǝn Sosial və Ətraf Mühit İnvestisiya Proqramları (SEIP) çərçivəsində dǝ həyata keçirilən layihǝlǝr, beynǝlxalq arenada bir çox mükafata layiq görülüb. ABŞ-dakı Marketinq və Kommunikasiya Peşəkarları Birliyi (AMCP) tərəfindən mükafatlandırılan və dünyanın ən prestijli mükafat proqramlarından biri kimi tanınan “Communitas”ın "İcma xidməti və korporativ sosial məsuliyyət" mükafatına layiq görülǝn TANAP, eyni zamanda, dünya miqyasında ictimailǝşǝn uğurlu korporativ sosial məsuliyyət layihələrini vǝ kütlǝvi informasiya fǝaliyyǝtlǝrini qiymǝtlǝndirǝn Birləşmiş Krallıqda yerləşən “The International CSR Excellence Awards” tərəfindən "Davamlılıq" kateqoriyasında "Beynəlxalq korporativ sosial məsuliyyət (KSM) mükəmməllik mükafatı", qlobal sǝviyyǝdǝ ən uğurlu ətraf mühit təcrübələrini tanıtmaq, mükafatlandırmaq və inkişaf etdirmək üzrǝ qurulan dünyanın ən nüfuzlu mükafat təşkilatlarından biri olan Birləşmiş Krallıqdakı “The Green Organisation” tərəfindən “Green World Awards” mükafatlarında "Ən yaxşı ətraf mühit tətbiqləri" kateqoriyasında mükafatlandırılıb.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir