DÜNYA
TÜRKİYƏ AVROPA BİRLİYİNƏ DAXİL OLMAQ HAQQINDA DANIŞIQLARIN TƏXİRƏ SALINMASINI İSTƏMİR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bolqarıstana rəsmi səfəri zamanı demişdir: Türkiyə Avropa Birliyinə üzvlüyə namizədlərə qarşı irəli sürülən bütün tələblərə cavab verir və Türkiyənin AB-yə inteqrasiyasına dair danışıqlardan yayınmaq üçün bu təşkilatın daha heç bir əsası yoxdur.
R.T.Ərdoğan bildirmişdir ki, son iki ildə Türkiyə hökuməti Avropa siyasi meyarlarına uyğunluğa nail olmaq üçün ciddi addımlar atmışdır və indi Ankara ölkənin Avropa Birliyinə qəbul edilməsinə dair danışıqlara başlamağa tam hazırdır.
Onun sözlərinə görə, əgər Avropa Birliyinin dekabrda keçiriləcək zirvə toplantısında Türkiyə danışıqların vaxtının təyin olunması ilə əlaqədar bir daha rədd cavabı alsa, onda bu o demək olacaq ki, Avropa Birliyi namizədlər barəsində ikili standartlara əl atır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]