DÜNYA


Taliblər insan oğurluğunda ittiham olunan dörd nəfəri edam edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı insan oğurluğunda ittiham olunan Herat əyalətinin dörd sakinini edam edib.

AZƏRTAC yerli Aamaj News agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar böyük izdiham qarşısında dar ağacından asılıb. “Taliban” hələlik hadisə ilə bağlı şərh verməyib. Bir müddət öncə hərəkatın banilərindən biri molla Nurəddin Turabi Associated Press agentliyinə müsahibəsində taliblərin oğurluq hallarına görə əzaların kəsilməsi də daxil olmaqla ictimai edamları bərpa etməyi planlaşdırdığını bildirib.

“Taliban” hərəkatının hakimiyyətdə olduğu 1996-2001-ci illərdə daşqalaq, əzaların kəsilməsi, asılaraq edam kimi ictimai cəzalar ölkədə geniş yayılmışdı. Cəzalarla bağlı qərarlar taliblərin qurduğu üç şəriət hakimindən ibarət xüsusi tribunallar tərəfindən verilir və ölkə rəhbərliyinin təsdiqindən sonra həyata keçirildi. Taliblərin hakimiyyətdən uzaqlaşdırılması ilə Əfqanıstanda bu cür ictimai cəza növləri ləğv edilmişdi.

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olaraq hakimiyyəti tam ələ keçirib. Ölkə Prezidenti Əşrəf Qani öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.