REGİONLAR
Tarlalarda 387,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
Bakı, 19 iyun, AZƏRTAC
Ölkədə yaz-tarla işləri davam etdirilir. Cari ilin yanvar-may aylarında 387,5 min hektar sahədə və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə 58,1 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 31,8 min hektarı dən üçün qarğıdalı), 56 min hektar sahədə kartof, 66,5 min hektar sahədə tərəvəz, 20 min hektar sahədə bostan bitkiləri, 100,5 min hektar sahədə pambıq, 10,9 min hektar sahədə dən üçün günəbaxan, 5,1 min hektar sahədə şəkər çuğunduru, 2,9 min hektar sahədə tütün, 63,7 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 2,7 min hektar sahədə digər yazlıq bitkilər əkilib.