DÜNYA
Tbilisidə etiraz aksiyası yenidən başlayıb
Tbilisi, 26 iyun, AZƏRTAC
Gürcüstan müxalifəti fasilə vermədən yeddinci gündür ki, etiraz aksiyası keçirir.
AZƏRTAC xəbər verir ki, iyunun 26-da Tbilisidə parlamenti qarşısına toplaşan aksiya iştirakçılarının əsas tələbi Daxili İşlər naziri Qeorqi Qaxarianın istefasıdır.
Mitinqin təşkilatçılarından olan Serqo Qalstyan deyib ki, bu günədək ən əsas tələb iyunun 20-dən 21-nə keçən gecə baş vermiş iğtişaşlarda həbs olunanların azadlığa buraxılması idi. Bu tələbimiz yerinə yetirilsə də, sonuncu tələbimiz də müsbət nəticə verənədək aksiya davam edəcək.
Xatırladaq ki, Gürcüstan Baş prokurorluğu iyunun 20-də keçirilən mitin zamanı kütləvi iğtişaşların törədilməsində şübhəli bilinə deputat Nika Melianın (müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı) həbsinə icazə verilməsi ilə bağlı parlamentə müraciət edib.
Parlamentin komitələri və bürosu N.Melianın deputat toxunulmzalığının ləğvinə razılıq verib. Analitiklərin fikrincə, deputatın həbsi yeni etraz dalğalarına səbəb olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi