DÜNYA
Tbilisidə girov götürülmüş şəxslər azad edilib, silahlı şəxs həbs olunub
Tbilisi, 20 noyabr, AZƏRTAC
Tbilisidə mikromaliyyə təşkilatında girov saxlanılan şəxslərin hamısı azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, silahlı basqınçı Levan Zurabişvili adlı şəxs həbs olunub.
Qeyd edək ki, Tbilisinin mərkəzi ərazisində, Tsereteli metro stansiyasının yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edərək 9 nəfəri girov götürmüşdü.
Əlində “F1” qumbarası tutan həmin şəxs ölkədə kreditlərin faiz dərəcələrinin 7 faizə endirilməsini, xüsusi həkim resepti ilə satılan dərmanların qiymətlərinin azaldılmasını və qumar oyunlarının ləğvini tələb edirdi.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]