ELM VƏ TƏHSİL
Təhsil naziri Qubada vətəndaşları qəbul edib
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də təhsil naziri Emin Əmrullayev Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda vətəndaşların əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, birinci sinfə qəbul, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərinin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:16]
Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib
- 10.05.2024 [14:23]
Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər
- 10.05.2024 [14:21]
MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir
- 10.05.2024 [14:09]
Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb
- 10.05.2024 [14:05]