CƏMİYYƏT
“Təmiz Şəhər” ASC-də “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə qanvermə aksiyası keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə qanvermə aksiyası keçirib.
ASC-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, aprelin 24-də Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında keçirilən aksiyada “Təmiz Şəhər” ASC-nin 100-ə yaxın əməkdaşı qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada Balaxanı Sənaye Parkının rezidentləri kimi fəaliyyət göstərən müəssisələrin əməkdaşları da iştirak edib.
“Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.