REGİONLAR
Tərtərdə yazlıq əkin sahələri 49,6 faiz artıb
Tərtər, 10 may, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 8 min 292,1 hektar sahədə yazlıq səpin həyata keçiriblər. Bunun 3079,5 hektarı pambıq, 1468,8 hektarı şəkər çuğunduru, 1409 hektarı günəbaxan, 938,8 hektarı tərəvəz, 477 hektarı kartof, 253,5 hektarı dən üçün qarğıdalı, 596,4 hektarı çoxillik yem bitkiləri, 28,9 hektarı darı, 11,2 hektarı soya, 7,5 hektarı lobya, 2 hektarı noxud, 1 hektarı qarabaşaq, 13,5 hektarı yem üçün sorqo, 5 hektarı bostan bitkiləridir. Bu ilin yazlıq əkin sahələri keçən ilin müvafiq dövrünə nisbətən 49,6 faiz, o cümlədən pambıq əkini 3,2 dəfə, qarğıdalı əkini 78,5 faiz, günəbaxan əkini 59 faiz, şəkər çuğunduru əkini 37,9 faiz, tərəvəz əkini isə 13,2 faiz çoxdur.
Rayonda yazlıq bitkilərin əkini davam edir.