Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Theparliamentmagazine.eu” portalında ermənilərin son təxribatlarından bəhs edən məqalə dərc edilib

“Theparliamentmagazine.eu” portalında ermənilərin son təxribatlarından bəhs edən məqalə dərc edilib

Bakı, 5 avqust, Səadət Hakıyeva, AZƏRTAC

Avropanın nüfuzlu “Theparliamentmagazine.eu” portalında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayevanın ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərdən bəhs edən məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə deputat beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-da və Avropada yaşayan azərbaycanlıların keçirdikləri dinc aksiyalar zamanı ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə çəkib. Bildirilib ki, xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbi iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Tovuz rayonundakı mövqelərinə artilleriyadan istifadə etməklə hücuma keçməsi, sərhəd kəndlərdə yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olub.

“Məlumdur ki, Ermənistan bu təxribatın törədilməsində Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışır. Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin Tovuz rayonu ərazisi ölkəmiz üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgədir. Belə ki, Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri, o cümlədən Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini qeyd etməliyik”, - deyə yazıda vurğulanır.

Məqalədə, həmçinin bildirilir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir. Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub: “Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. İyulun 21-də Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los-Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla, yeddi azərbaycanlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los-Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açıb. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Azərbaycanın Brüsseldəki səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə "REAL TV"nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu”.

Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı - ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır. Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə ermənini saxlayıb.

İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb.

Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir. Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölüb və ya yaralanıb. Ümumilikdə, 20 min nəfər həlak olub, 50 min nəfər əlil olub, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb, əsir-girov götürülüb”. Bununla belə, Azərbaycan Avropa İttifaqının və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır