CƏMİYYƏT


Tibb işçiləri üçün “MD Simulyasiya” platformasının təqdimatı keçirilib

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və “Equinor Apsheron AS” şirkətinin birgə layihəsi olan “MD Simulyasiya” platformasının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda İSİM rəsmiləri, tibb işçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə, xüsusilə “MD Simulyasiya – müxtəlif ssenarili müayinə və müalicə simulyatoru”nun tibb sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində atılan ən son addımlardan biri olduğu vurğulanıb.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev müasir innovativ vasitə olan həmin platformanın tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsindən bəhs edib. Qeyd edib ki, platforma xüsusilə distant təhsil üçün əhəmiyyətli rola malikdir.

BMTİP-nin Akselerator Laboratoriyasının İnkişaf Həlləri üzrə rəhbəri Nərgiz Quliyeva isə vurğulayıb ki, yeni texnologiyalardan səmərəli istifadə müasir dövrün vacib tələblərindən biridir və tibb sahəsində informasiyalaşdırma prosesi hər zaman bu tələblərin önündədir.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov platforma barədə ətraflı təqdimatla çıxış edib. Bildirib ki, “MD Simulyasiya” platformasında müxtəlif ssenarilərə və səviyyələrə uyğun simptomları aydınlaşdırmaq və həmin simptomlara müvafiq tibbi prosedurlar həyata keçirərək pasiyentin vəziyyətini yaxşılaşdırmaq istiqamətində tədbirlər görmək, müayinə və müalicə etmək mümkündür.

Qeyd edək ki, platformada (https://mdsimulyasiya.az) qeydiyyat və istifadə ödənişsizdir. Simulyasiyalar kompüterlər və əksər planşetlər üçün optimallaşdırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.