İDMAN
“Tokio-2020”nin Təşkilat Komitəsi idmançılardan birinin akkreditasiyasını ləğv edib
Bakı, 31 iyul, AZƏRTAC
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. Təşkilat Komitəsi iştirakçılardan birinin akkreditasiyasını ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu, Olimpiadanın başladığı gündən bəri ilk belə hadisədir. Cəzalandırılan idmançının adı və hansı yığmanı təmsil etdiyi açıqlanmayıb. Cəzaya səbəb həmin şəxsin Olimpiya kəndini səbəbsiz tərk etməsidir. Şəhərin görməli yerlərini gəzməyə çıxan qonaq akkreditasiyasının ləğvinə görə Olimpiya kəndini də tərk etməli olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Olimpiadada gümüş medal qazanan gürcü idmançılar Vaja Martvelaşvili və Laşa Şavdatuaşvilinin Tokio teleqülləsinin yanında gəzdikləri barədə xəbərlər yayılmışdı. Bu xəbər təsdiqlənməsə də, akkreditasiyası alınanın onlardan biri olması ehtimalı böyükdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]