CƏMİYYƏT
Tovuz şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 22 fevral, AZƏRTAC
Tovuz şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində Aşağı Quşçu kənd sakinləri A.Səmədovun və M.Məmmədovun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və iki sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, M.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]