DÜNYA


“Trami” tufanına görə Yaponiyada 200-dən çox aviareys təxirə salınıb

“Trami” tufanına görə Yaponiyada 200-dən çox aviareys təxirə salınıb

Tokio, 28 sentyabr, AZƏRTAC 

Yaponiyada “Trami” tufanına görə ölkənin müxtəlif rayonlarını Okinava prefekturasının mərkəzi Naxa şəhəri ilə birləşdirən 200-dən çox aviareys təxirə salınıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyada "24 nömrəli" adlandırılan tufan Okinava adasına cənubdan şimal-şərq istiqamətində yaxınlaşır və istirahət günlərində ölkənin bütün ərazisindən keçə bilər.

Meteoroloqlar bu tufanı "fövqəladə güclü" kimi təsnifləşdirirlər. Tufanın hazırda Miyako adalarına yaxınlaşdiğı bildirilir.

Tufanın mərkəzində küləyin sürəti saniyədə 45 metrə, şiddətli əsdikdə 60 metrə çatır, havanın təzyiqi isə 955 hektapiksel təşkil edir.

Tufanın istirahət günlərinə kimi ölkənin cənub adalarına, bazar günü isə Hönşü adasına çatacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.