SİYASƏT


Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri xanım Tsveta Karayançevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov görüşdə ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf edir. O, Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının rolunu və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvar olduğunu qeyd edib.

Xanım Tsveta Karayançeva Azərbaycan və Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının məmnunluq doğurduğunu söyləyib. O bildirib ki, bu əməkdaşlıq dövlətlərimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradıb. Milli Assambleyanın sədri birgə fəaliyyətin öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.