DÜNYA


Türkiyə Prezidenti İstanbulda binanın çökdüyü ərazidə axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olub

İstanbul, 9 fevral, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binanın çökdüyü ərazidə axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olmaq üçün Kartal rayonuna gəlib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Prezidentə dağıntılar altından indiyədək 17 nəfərin cəsədinin çıxarıldığını, axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib.

Türkiyənin dövlət başçısı, həmçinin hadisə nəticəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya gedib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.