DÜNYA


Türkiyə Suriyada hərbi əməliyyatlara başlaya bilər

Bakı, 22 iyul, AZƏRTAC

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriyanın şimalında təhlükəsiz zona yaradılması planı baş tutmazsa, o zaman Ankara öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün Fərat çayının şərqində hərbi əməliyyatlara başlaya bilər.

Ankara Suriyanın şimal-şərqində təhlükəsizlik zonası yaradılması barədə ABŞ-la danışıqlar aparıb. Vaşinqton bu ərazidə YPG silahlı qruplaşmasını dəstəkləyir. AZƏRTAC xəbər verir ki, M.Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində bu razılaşmanın müddəalarının yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib. O, Ankaraya səfər edən ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə danışıqlarda da həmin məsələnin diqqət mərkəzində olduğunu söyləyib. Türkiyəli nazirin sözlərinə görə, Ankara YPG silahlılarının həmin ərazidən çıxmasını tələb edir, Vaşinqton isə onlardan “İslam dövləti” terrorçularının tamamilə məhv edilməsində istifadə etmək niyyətindədir. Çavuşoğlu əlavə edib ki, bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar ləng gedir və Türkiyə İdlib əyalətinin döyüş bölgəsinə çevrilməsini istəmir. Eyni zamanda, YPG silahlılarının Manbic şəhərindən çıxarılması planı da yerinə yetirilməyib. “ABŞ rəhbərliyi Ceffrini Ankaraya göndərib və onun gətirdiyi yeni təklifləri müzakirə edəcəyik. Ümidvaram ki, ortaq məxrəcə gələ biləcəyik. İndi konkret addımlar atmaq zamanıdır”,-deyə türkiyəli nazir vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.