DÜNYA


Türkiyə jurnalistin qətli ilə bağlı cinayət işini Səudiyyə Ərəbistanına verib

Türkiyə jurnalistin qətli ilə bağlı cinayət işini Səudiyyə Ərəbistanına verib

Bakı, 7 aprel, AZƏRTAC

Türkiyə jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı məhkəmə işini dayandırıb və onu Səudiyyə Ərəbistanına təhvil verib.

AZƏRTAC “Star” qəzetinə istinadla xəbər verir ki, Ədliyyə Nazirliyinin müsbət rəyindən sonra cinayət işinin Səudiyyə Ərəbistanına təhvil verilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib. Ər-Riad jurnalistin diplomatik nümayəndəlik binasında yoxa çıxdığını inkar etsə də, video və səs yazılarının ortaya çıxmasından sonra onun konsulluq əməkdaşları ilə mübahisə zəminində öldürüldüyünü etiraf edib.

2020-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanı məhkəməsi Camal Kaşıkçının qətli ilə bağlı cinayət işi üzrə yekun hökm çıxarıb. Nəticədə səkkiz müttəhimdən beşi 20 il, biri 10 il, ikisi isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.