SİYASƏT


Türkiyə parlamentində Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Ankara, 22 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri başa çatıb.

AZƏRTAC xəbər verir iki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici koordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə, Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxil olub.

Səfərin sonuncu günü Türkiyə Böyük Millət Məclisində (TBMM) Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

AKP-nin Türkiyə Parlamentindəki millət vəkilləri qrupunun başqan vəkili Cahid Özkan azərbaycanlı heyəti səmimiyyətlə salamlayaraq Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixi köklərindən bəhs edib və hazırkı inkişaf dinamikasını yüksək dəyərləndirib. Hakim partiya deputat heyətinin rəhbəri deyib ki, Azərbaycanın adı və özü Türkiyədə hər bir vətəndaşı üçün əzizdir. Azərbaycan hər biri uğuru, xüsusilə də Milli Ordusunun rəşadətli xəbərləri ölkə ictimaiyyəti tərəfindən böyük sevgi ilə qarşılanır.

Səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən YAP deputat nümayəndə heyətinin rəhbəri Ramil Həsənin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin sarsılmaz olmasının səbəbləri barədə fikir və düşüncələrini bölüşüb. Silahlı Qüvvələrimizin ərazi bütövlüyümüzün bərpası ilə bağlı həyata keçirdiyi rəşadətli addımları xalqlarımızın və ölkələrimizin gələcək ortaq təhlükəsizliyi üçün tarixi zəfər adlandırıb.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” müdrik kəlamını dəfələrlə xatırladan tərəflər diqqətə çatdırıblar ki, iki qardaş ölkənin münasibətləri bu prinsiplər üzrə günbəgün möhkəmlənərək dinamik inkişafla yüksəlir. Bu qardaşlıq münasibəti təkcə iki ölkə üçün deyil, böyük bir coğrafiyada xalqların sülh şəraitində yüksək rifahla yaşamasına fayda gətirməkdədir.

Tərəflər qeyd ediblər ki, Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin bərabər inkişafına və regionda sağlam yeni bir güc mərkəzinin formalaşmasına böyük töhfə verməkdədir. Bütün sahələri əhatə edən əlaqələr parlametlərarası müstəvidə çoxistiqamətli məcradadır. Bu sahədə münasibətlərdəki dinamikanın qorunmasında hakim Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı böyük gücə malikdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.