DÜNYA
Türkiyə və Gürcüstanın müdafiə nazirləri Qara dəniz və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Tbilisi, 15 iyun, AZƏRTAC
Gürcüstanın milli müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirib ki, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Qara dəniz, eləcə də Cənubi Qafqaz regionlarında təhlükəsizlik, sülh və sabitlik məsələləri də diqqət mərkəzində olub.
C.Burçuladze Gürcüstanın Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar barədə türkiyəli həmkarına məlumat verib, Türkiyənin hərbi təhsil sahəsində göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]