DÜNYA


Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

İstanbul, 28 mart, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, nazirlər Rusiya-Ukrayna böhranındakı son vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, nazir Mövlud Çavuşoğlu Rusiya ilə Ukrayna heyətləri arasında növbəti görüşün İstanbulda keçirilməsi ilə bağlı özünün rəsmi tviter hesabında etdiyi paylaşımda: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Rusiya ilə Ukrayna müzakirə heyəti Türkiyədə bir araya gələcək. Tərəflərin Türkiyəyə olan etimadının məsuliyyətini dərk edirik. Ümid edirik ki, görüşlər daimi atəşkəslə nəticələnəcək və sülhə gətirib çıxaracaq”,- deyə bildirib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.