DÜNYA


Türkiyədə daha bir hərbi təyinatlı istehsal müəssisəsinin açılışı olub

Ankara, 29 aprel, AZƏRTAC

Dünyada hərbi məhsulların texnologiyaları sürətlə dəyişir. Artıq təyyarə bombalarımız, döyüş sursatlarımız, raketlərimiz və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri MKEK (Makina və Kimya Sənayesi İstehsalat Birliyi) Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılış mərasimindəki çıxışında ifadə edib.

Son illər Türkiyədə istehsal sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, açılışı keçirilən bu təsis sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Xaricdən gətirilən modul barıt sistemi bundan sonra artıq tamamilə yerli vasitələrlə istehsal ediləcəkdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.