DÜNYA


Türkiyənin Milli Müdafiə naziri Qazaxıstana səfər edib

Nur-Sultan, 26 oktyabr, AZƏRTAC

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qazaxıstana səfər edib.

AZƏRTAC xəbər verir ki, Hulusi Akarın həmkarı Nurlan Yermekbayev ilə görüşündə hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub. Həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nazirlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi apararaq Qazaxıstan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Türkiyənin Qazaxıstanın strateji tərəfdaşı olduğunu, əməkdaşlığın dövlət rəhbərlərinin dostluq münasibətlərinə əsaslandığını bildirən Nurlan Yermekbayev 2018-ci ilin sentyabrında Nursultan Nazarbayevin Türkiyəyə rəsmi səfəri zamanı hərbi əməkdaşlıq və bu sahədə məxfi məlumatların qorunması haqqında sənədlərin imzalandığını xatırladıb.

Hulusi Akarın Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı naziri Beybut Atamkulov ilə görüşündə müdafiə sənayesi sahəsində əməkdaşlığa dair məsələlər müzakirə ediblər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.