DÜNYA


Türkiyənin ən böyük ibadət yerlərindən birinin açılışı olub

İstanbul, 4 iyun, AZƏRTAC

Türkiyənin Zonquldak vilayətində ölkənin ən böyük ibadət yerlərindən biri olacaq Uzun Mehmet məscidinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan məscid təxminən 12 min kvadratmetr ərazidə inşa olunub. Ətrafında salınan park və yaşıllıqla birlikdə ümumi sahəsi 34 min kvadratmetr olan məsciddə eyni anda 7500 nəfər ibadət edə biləcək.

Qeyd edək ki, məscidin təməli 2019-cu ildə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurumun iştirakı ilə qoyulub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.