DÜNYA


Türkiyənin sərhədyanı yaşayış məntəqələri terrorçular tərəfindən raket atəşinə tutulub

İstanbul, 10 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" (Barış Pınarı) antiterror əməliyyatına başlamasından sonra terrorçular qardaş ölkənin sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini raket atəşinə tutublar.

AZƏRTAC xəbər verir ki, terrorçular əsasən Şanlıurfa şəhərinin Akçakale, Birecik ve Ceylanpınar, Mardinin Nusaybin rayonlarını hədəfə alıblar.

Son məlumata görə, atılan raketlər nəticəsində 15 nəfər xəsarət alıb. Yaralananların arasında uşaqlar da var.

Əməliyyat başlayandan indiyədək Nusaybin rayonuna 130 raket atılıb.

Türkiyə Silahlı Qüvvələri raket hücumlarının qarşısının alınması istiqamətində tədbirlər görür.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.