İDMAN
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsində “Qarabağ” klubunun pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. Ağdamlılar “Legiya” (Polşa) - “Drita” (Kosovo) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də, pley-off matçları isə oktyabrın 1-də keçiriləcək.
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə görüşdə 11 metrlik cərimə zərbələri seriyasında uduzduğu üçün mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]