DÜNYA
UKRAYNA PARLAMENTİ RUSİYA İLƏ MÜQAVİLƏLƏRİ RATİFİKASİYA ETMİŞDİR
AZƏRTAC-ın müxbiri Kiyevdən xəbər verir ki, aprelin 20-də Ukrayna Ali Radası dövlət sərhədi haqqında, Azov dənizindən və Kerç boğazından istifadə haqqında Rusiya Federasiyası ilə müqavilələri ratifikasiya etmişdir.
Bununla da, 1971 kilometrlik Ukrayna-Rusiya sərhədinin quru ərazidən keçən xətti qanuniləşdirilmiş, Azov dənizi isə de-yure iki dövlətin daxili sututarı hesab olunmuşdur. İndi ondan birgə istifadə ediləcək, lakin tərəflərdən hər birinin öz məsuliyyət zonası olacaqdır.
Qara dənizdə olduğu kimi, Azov dənizində və Kerç boğazında da, beynəlxalq hüququn tələblərinə müvafiq surətdə, Ukrayna-Rusiya sərhədi çəkiləcəkdir. Buna baxmayaraq, dəniz sərhədinin dəqiq koordinatını müəyyənləşdirmək üçün danışıqlar hələlik davam edir. Danışıqların 19-cu dövrəsi mayın 13-14-də Moskvada olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]