DÜNYA


Ukrayna Prezidenti Ərəb Liqası sammitində iştirak edir

Ukrayna Prezidenti Ərəb Liqası sammitində iştirak edir

Bakı, 19 may, AZƏRTAC

Ukrayna Prezidenti Ərəb Liqasının 2-ci sammitində iştirak edir.

AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, Volodimir Zelenski bu məqsədlə Səudiyyə Ərəbistanın Ciddə şəhərinə gəlib.

Ukrayna Prezidentinin olduğu Fransa hökumətinin təyyarəsi Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib və Volodimir Zelenskini Səudiyyə Ərəbistanının rəsmiləri qarşılayıb. Ukraynanın dövlət başçısı Krallığın vəliəhdi Məhəmməd bin Salmanla görüşüb, sonra Ərəb Liqasının sammitində ərəb ölkələrinin liderlərinə müraciət edib.

Volodimir Zelenski çıxışında Səudiyyə Ərəbistanına ilk səfərindən məmnun olduğunu söyləyib, Ukraynada müharibə ilə bağlı öz ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O, çıxışında ərəb ölkələrinə müraciət edərək, onları Ukrayna xalqına daha çox yardım etməyə çağırıb. Volodimir Zelenski bildirib ki, ukraynalılar müharibə istəmir və öz torpaqlarını azad etmək uğrunda döyüşürlər. O əlavə edib ki, Səudiyyə Ərəbistanı ukraynalı hərbi əsirlərin azad edilməsində uğurlu vasitəçilik edir.

Ukrayna Prezidenti Səudiyyə Ərəbistanından sonra G7 - “Böyük yeddilik” sammitində iştirak etmək üçün Yaponiyaya yola düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.