DÜNYA
Ukrayna Silahlı Qüvvələri üçün modernləşdirilmiş T-84 tankı hazırlanır
Kiyev, 8 mart, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri üçün T-84 tankının yeni müasir partiyası hazırlanır.
AZƏRTAC “Ukroboronprom” dövlət konsernin mətbuat xidmətinə istinadən məlumat verir ki, hazırda T-84 tankının modernləşdirilməsi işləri aparılır. Modernləşmədən sonra tanka rəqəmsal müdafiə radiostansiyası quraşdırılacaq, elektrosistem yenilənəcək, nişangah kompleksi müasirləşdiriləcək.
T-84 tankı modernləşdiriləndən sonra istənilən hava şəraiti və sutkanın istənilən vaxtında güclü manevrlər etməyə qadir olacaq. Tank modernləşdirildikdən sonra Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə təcrübədən keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]