DÜNYA
Ukraynada 100 minə yaxın sərxoş sürücü saxlanılıb
Kiyev, 10 noyabr, AZƏRTAC
Bu il ərzində Ukraynada avtomobili sərxoş vəziyyətdə idarə edən 94,5 min sürücü barəsində inzibati protokol tərtib olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polisi məlumat yayıb.
Məlumata görə, onların sırasında sərnişin daşıyan avtobus sürücüləri də azlıq təşkil etmir. Ukrayna polisi sürücüləri məsuliyyətli olmağa çağırıb. Bildirilib ki, hesabat dövründə ölümlə nəticələnən yol qəzalarının bir hissəsinə səbəb sürücülərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi olub.
Qeyd edək ki, 2017-ci ildə 114 mindən çox sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün cərimələnib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]