DÜNYA


Ukraynada 56 mindən çox sərxoş sürücü saxlanılıb

Ukraynada 56 mindən çox sərxoş sürücü saxlanılıb

Kiyev, 10 avqust, AZƏRTAC

Bu ilin 7 ayında Ukraynada avtomobili sərxoş vəziyyətdə idarə edən 56 mindən çox sürücü barədə inzibati protokol tərtib edilib. AZƏRTAC xəbər verir ki, Ukrayna Patrul Polisinin yaydığı məlumata görə, bunların arasında sərnişin avtobuslarının sürücüləri də var və onların sayı heç də az deyil. Ukrayna polisi sürücüləri məsuliyyətli olmağa çağırıb və bildirib ki, hesabat dövründə ölümlə nəticələnən yol qəzalarının bir hissəsi sürücülərin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəbindən baş verib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.