CƏMİYYƏT


Ukraynanın Nikolayev şəhərində humanitar fəaliyyəti ilə seçilən azərbaycanlı könüllülər

Kiyev, 23 iyun, AZƏRTAC

Ukraynada başlanan hərbi əməliyyatlar fonunda burada yaşayan soydaşlarımız humanitar aksiyalarda aktiv iştirak edirlər. Ukraynanın Nikolayev vilayətində yaşayan soydaşlarımız, diaspor fəalları da humanitar yardımlarda yaxından iştirak edirlər.

Nikolayev şəhərində yaşayan, soydaşımız, diaspor fəalı Anar Axundov AZƏRTAC-a bildirib ki, azərbaycanlı və ukraynalılardan ibarət könüllülər qrupu həm vətəndaşların təxliyəsində, həm də tibb və ərzaq məhsullarının yardımında silsilə işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir.

“Müharibə başlayandan bu günə qədər 1000 nəfərdən çox mülki şəxsi təxliyə etmişik, 40 ton tibbi ləvazimat, 18 ton ərzaq yardımı çatdırmışıq”, - deyə Anar Axundov əlavə edib.

O bildirib ki, könüllülər qrupu bundan başqa Nikolayev şəhərində içməli su probleminin həllində yaxından iştirak edib. Xarici jurnalistlərin reportajları üçün dəstək verib.

“Əsas üstünlüklərimiz ondan ibarətdir ki, biz bu yardımı birbaşa ehtiyac duyulduğu yerə tez və səmərəli şəkildə çatdırırıq. Biz bu yardımları davam etdirəcəyik”, - deyə soydaşımız vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.