İDMAN


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə yekun vurulub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yeniyetmələr arasında ənənəvi rayon turnirinə yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarış maraqlı idman mübarizəsi ilə yadda qalıb. Altı komandanın qatıldığı yarışın nəticələrinə əsasən, Gəncə həndbolçuları birinci yeri tutublar. Mingəçevir komandası ikinci, Qazax kollektivi isə üçüncü pillədə qərarlaşıb.

Bağlanış mərasimində iştirakçıları uğurlu yarış münasibətilə təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri İsgəndər Əsgərov və federasiyanın əməkdaşı Fəridə Əliyeva bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

İlk 3 yeri tutan həndbolçulara diplom və toplar, qalib komandanın üzvlərinə idman geyim dəstləri təqdim edilib.

Əsasnaməyə görə, qalib və mükafatçılar yeniyetmə həndbolçuların sentyabrda Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstafadan ümumilikdə 6 komandanın heyətində 70-ə yaxın yeniyetmə həndbolçu mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.