MƏDƏNİYYƏT


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş onlayn konfrans keçirilib

Daşkənd, 11 dekabr, АZƏRTAC

Samux rayonundakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Türkiyənin Gəncədəki konsulluğunun və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin Azərbaycanın regionlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Samux, Sumqayıt, Salyan, Sabirabad, Siyəzən, Şamaxı, Hacıqabul, Neftçala, Bərdə, Ağdam, Ucar, Kürdəmir, Zərdab, Zaqatala, Qax, Qusar, Qəbələ, Tovuz, Gədəbəy, Beyləqan, Astara, Yardımlı, Lerik, Cəlilabad) iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə "Ulu öndər Heydər Əliyev-müasir Azərbaycanın qurucusu" mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Samux rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Zəfər paradı keçirən qalib, müasir, güclü Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin, eyni zamanda, hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürkün və tariximizə qanları ilə Qələbə sözünü yazan şəhidlərimizin xatirəsini böyük hörmətlə yad etdiklərini bildirib.

Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk bu gün Azərbaycanın yaşadığı Zəfər sevincinə şad olduqlarını, hər şəhid üçün üzüldüklərini bildirib, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsini xatırladıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Məmmədov ulu öndər Heydər Əliyevin türk dünyası ilə qarşılıqlı münasibətlərin qurulmasına, xüsusən Özbəkistanla olan tarixi iqtisadi əlaqələrin bərpasına verdiyi önəmdən, Özbəkistana müxtəlif illərdə etdiyi səfərlərdən, orada fəaliyyət göstərən və ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışıb.

Bərdə, Qusar, Astara, Zərdab, Kürdəmir, Şamaxı, Sabirabad, lerik, Yardımlı, Gədəbəy, Hacıqabul, Salyan, Cəlilabaddakı Heydər Əliyev mərkəzlərinin rəhbərləri Afiyət Əhmədova, Neva Əbdürrəhmanova, Kübra Səmədova, Könül Rəhimova, Dürriyə Seyidova, Könül Eyvazova, Rəna Hacızadə, Nizaməddin Abbasov, Aqil Ağayev, Pərviz Bayramov, Aytən İmanova, Nübar Bayramova, Ofeliya Qəhrəmanova və başqaları Ulu öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı mühüm roldan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağda zəfər çalmasından və Şuşaya bayraq sancılan gün "mən xoşbəxt övladam ki, atamın vəsiyyətini yerinə yetirdim" deməsi ilə Ulu Öndərin zəfər tariximizdə oynadığı roldan bəhs ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.