İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Qadın komandamız Rumıniya yığması ilə heç-heçə edib

Bakı, 6 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 8-ci turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) Rumıniya şahmatçıları ilə heç-heçə ediblər.

Qeyd edək ki, kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) 8-ci turda Qazaxıstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.

Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.