ELM VƏ TƏHSİL


Ustad dərsi: Danışan parçalar

Bakı, 13 may, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyində növbəti ustad dərsi Azərbaycanın milli tikiş növü olan qurama sənətinə həsr olunub.

Tarix Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin əməkdaşı Aynur Babayeva ustad dərsi layihəsi haqqında məlumat verib. Sonra muzeyin elmi katibi tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova fotoslaydların müşayiəti ilə Azərbaycanda qurama sənəti haqqında məruzə ilə çıxış edib.

Məruzədən sonra məktəblilərlə mövzuya uyğun viktorina keçirilib.

Sual-cavabda fəal iştirak edən iştirakçılara muzeyin kataloqları hədiyyə edilib.

Tədbirin növbəti hissəsində 30 ilə yaxın qurama sənətini yaşadan Fəridə Mustafayevanın və muzeyin bərpaçıları İlhamə Rəhimova və Qənirə Məmmədovanın köməyi ilə iştirakçılara quramanın tikiliş texnikası öyrədilib.

Sonda Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiya təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.